cover

About us

"Digital Source" MMC şirkətinin  əsası 2004-cü ildə qoyulmuşdur. Şirkətimiz, parlaq ideyalarla dolu olan istedadlı və peşəkar mühəndislərdən ibarət olan kiçik bir qrupla işə başladı və hazırda Azərbaycanda olan 6 ofislə İT təchizatı və təminatını həyata keçirən tanınmış və genişmiqyaslı şirkətə çevrildi. Başlanğıcda bizim "Digital Source" MMC ailəsi qiymətcə münasib və həmişə rahat başa gələn genişmiqyaslı, yüksək səviyyəli və individual yardımın göstərilməsini qarşısına məqsəd qoymuşdu. Bu gün biz həmin məqsədi qoruyuruq və öz vədimizi yerinə yetirməkdə davam edirik, elə məhz bu səbəbdən belə bir termin fikirləşmişik: “Hər şey təchiz və təmin olunur”. Şirkətimizin tez bir zamanda inkişaf etməsinə baxmayaraq, biz heç vaxt bunu nəzərdən qaçırmırıq ki, bizim üçün əsas SİZSİNİZ və sizin məmnunluğunuzdur. Biz həmişə sizin tələblərinizə istiqamətlənən və buna müvaqfiq olan həll variantlarını sizə təqdim etməklə əslində ailə hissiyyatını qoruyuruq.

"Digital Source" MMC 2012-ci ildən - Mikrotik şirkətinin Azərbaycandakı Rəsmi Distribyutorudur. Quraşdırma, sazlanma və təmir işlərində mühəndislərimizin köməyindən istifadə edə bilərsiniz.